Qanunsuz fəaliyyət göstərən "Green Pub" bağlandı - Fotolar

GÜNDƏM
13:35
4 İyul 2020
319

Bakıda mobil qrup tərəfindən həyata keçirilən reydlər zamanı Səbail rayonu, Badamdar qəsəbəsi, Göyüş Qarayev küçəsində qeyri-qanuni fəaliyyət göstərən “Green Pub” adlı ictimai-iaşə obyekti müəyyən olunub və onun fəaliyyəti dayandırılıb.

Sabah.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, obyektin sahibi Mehdixan Xəlil oğlu Həsənov və onun icarədarları barədə müvafiq tədbirlər görülüb.


 
Qeyd edilir ki, Bakı Şəhər İcra Hakimiyyəti, rayon icra hakimiyyətləri, polis və İqtisadiyyat Nazirliyinin əməkdaşlarının iştirakı ilə paytaxtda karantin rejimi qaydalarına əməl edilməsi ilə bağlı monitorinqlər və reydlər davam etdirilir, ticarət obyektlərində, məhəllələrdə, insanların sıx toplaşdığı digər ərazilərdə maarifləndirici söhbətlər aparılır.

Bu tədbirlər zamanı bir sıra nöqsanlar aşkar edilmiş ticarət obyektlərinin sahiblərinə və fiziki şəxslərə cərimələr tədbiq olunub.

Xəbər lenti