Daha 583 nəfər koronavirusa yoluxdu - 7 nəfər vəfat etdi

ÖLKƏ
17:13
3 İyul 2020
209

Azərbaycanda 583 nəfər koronavirusa yoluxub, 7 nəfər isə vəfat edib.

Sabah.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, 395 nəfər xəstə sağalaraq evə buraxılıb.

Hazırkı dövrədək ölkəmizdə 19 2min 67 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10 min 820 nəfər müalicə olunaraq sağalıb, 235 nəfər vəfat edib, 8 212 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 7 137 koronavirus testi aparılıb.

Xəbər lenti