Sumqayıtda özünü ağzından güllələdi - Sevgilisinə görə

HADİSƏ
18:57
19 Fevral 2020
87

Sumqayıtda sevgilisi ilə mübahisə edən balıqçı özünü güllələyib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində dənizkənarında qeydə alınıb. 1975-ci il təvəllüdlü Qreçkin Vitaliy Sergeyeviç Rusiyada yaşayan sevgilisi ilə telefonda mübahisə edib. Sevdiyi xanımdan rədd cavabı alan kişi silahla özünü ağzından güllələyib.

Nəticədə o aldığı xəsarətdən ölüb. Onun meyiti müayinə olunmaq üçün ekspertizaya təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti