Azərbaycanda dopinq qalmaqalı - 12 illik kənarlaşdırıldı

İDMAN
15:21
26 Dekabr 2019
54

"Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) cari ildə 16 qayda pozuntusu aşkar edib. Lakin hələ araşdırmalar davam edir və tam dəqiq rəqəm 2020-ci ilin ilk aylarında məlum olacaq".

Sabah.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəhbəri Şəfəq Hüseynli deyib.

Onun sözlərinə görə,  cari ildə 4-ü ağır atletika, 4-ü boks, 2-si karate, 2-si güləş və hər birində 1 hal olmaqla atıcılıq, sambo, cüdo və atletika olmaqla üzrə ümumilikdə 16 qayda pozuntusu faktı qeydə alınıb.

Şəfəq Hüseynli adını çəkmədiyi bir idmançımızın isə 12 illik cəzalandırıldığını bildirib.

Xəbər lenti