Qubada “Son zəng” şənliyi edənlər aşkarlandı - Foto

GÜNDƏM
11:26
3 İyul 2020
366

Qubada elan edilmiş xüsusi karantin qaydalarını pozaraq rayonun Qəçrəş kəndi ərazisində yerləşən istirahət mərkəzlərinin birində “Son zəng” şənliyi təşkil edən şəxslər məsuliyyətə cəlb olunublar.

Sabah.az DİN-ə istinadən xəbər verir ki, rejim qaydalarını kobud şəkildə pozaraq məclis təşkil edən həmin obyektin sahibi və məclisdə iştirak edən müəllim və valideynlər inzibati qaydada məsuliyyətə cəlb olunaraq cərimə ediliblər.

Həmçinin polis əməkdaşları tərəfindən həmin karantin qaydalarının tələbləri izah olunub.

Xəbər lenti