Bakıda 29 yaşlı iş xanımı vəfat etdi

ÖLKƏ
10:47
2 İyul 2020
1048

Bakıda 29 yaşlı iş xanımı Ülkər İsgəndərova vəfat edib.

Sabah.az xəbər verir ki, bu haqda onun yaxınları sosial şəbəkədə məlumat yazıblar. Bildirilib ki, Ülkər yatdığı yerdə ürəktutmasından dünyasını dəyişib. Dostları "Köməkçisi gəlib ki, oyanmır" deyə qeyd ediblər.

Ü.İsgəndərova İnstaqramda "nazlı_design" adı ilə tanınırdı. Nazlı isə onun qızının adıdır.

Qeyd edək ki, Ülkər toy, xına, nişan məclislərinə xonça bəzədilməsi ilə məşğul olurdu. Onun iki övladı var.

Bir müddət əvvəl o, həkim valideynlərinin koronavirusa yoluxduğunu və müalicə aldığını bildirmişdi. Son paylaşımlarının birində Ülkər valideynlərinin səhhətinin yaxşılaşdığını bildirib.

Ülkər 3 gün əvvəl Xalq artisti Mübariz Tağıyevin "Xatirə" mahnısını paylaşaraq "Bu ifa mənə “dünyada ölümdən başqa hər şeyə çarə varmış” kimi hiss etdirir" sözlərini yazıb.

Xəbər lenti