Daha 588 nəfər koronavirusa yoluxdu - 7 nəfər öldü

GÜNDƏM
19:34
1 İyul 2020
165

Azərbaycanda  588 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 346  nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 18 min 112 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10 min 061 nəfər müalicə olunaraq sağalıb, 220 nəfər vəfat edib, 7 831 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 6 682 koronavirus testi aparılıb.

Xəbər lenti