Daha iki məntəqənin nəticələri etibarsız sayıldı

GÜNDƏM
17:18
19 Fevral 2020
180

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 90 saylı seçki dairəsindən daxil olmuş müraciətə baxılıb.

Sabah.az xəbər verir ki, məsələ barədə MSK üzvü Qabil Orucov məlumat verib. Müraciətdə sözügedən dairədən qeydə alınmış namizəd Cəbrayılova Səidə həmin dairədə seçkinin nəticələrinin ləğv edilməsini istəyib. Araşdırma zamanı müəyyən olunub ki, 6 və 7 saylı məntəqələr istisna olmaqla, digər məntəqələrdə qanun pozuntusu aşkar edilməyib.

MSK qərara alıb ki, 6 və 7 saylı məntəqələrin nəticələri etibarsız hesab edilsin.

Qeyd edək ki, həmin dairədə lider namizəd Cavid Osmanovdur.

Xəbər lenti