800 maşın postlardan geri qaytarılıb

XƏBƏR
12:17
1 İyul 2020
155

Dünən sərtləşdirilmiş karantin rejimi tətbiq edilən ərazilərdə nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 223 nəfər cərimələnib.

Sabah.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 175 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.2-ci və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə 5 nəfər olmaqla ümumilikdə 1 403 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 40-ı rayon, 60-ı paytaxt istiqamətinə olmaqla 100, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 115-i rayon, 270-i paytaxt istiqamətinə olmaqla 385, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 215-i rayon, 100-ü paytaxt istiqamətinə olmaqla 315 nəqliyyat vasitəsi geri qaytarılıb, ümumilikdə 800 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Xəbər lenti