Karantin postunda polisi avtomobil vurdu

ÖLKƏ
01:31
1 İyul 2020
184

Bakının Suraxanı rayonunda polis əməkdaşının xəsarət almasına səbəb olan yol qəzası baş verib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsi ərazisində xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş polis nəzarət postunda qeydə alınıb.

Minik avtomobili 1996-cı il təvəllüdlü Məmmədli Elşən Vadim oğlunu vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti