TƏBİB reanimasiyada olan koronaviruslu xəstələrin sayını açıqladı

GÜNDƏM
23:30
30 İyun 2020
145

Bu gün Azərbaycanda koronavirusla bağlı daha 6 645 test edilib.

Sabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) iyunun 30-na açıqladığı statistikada qeyd olunub.

Bildirilib ki, indiyə kimi ölkədə 482 170 test edilib və 17 524 nəfərdə koronavirus aşkarlanıb. Həmin xəstələrdən 9 715 nəfəri sağalıb, 213-ü dünyasını dəyişib. Xəstələrdən 182 nəfəri reanimasiyadadır ki, onlardan da 37-si süni tənəffüs cihazına qoşulub.

Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 556 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər vəfat edib, 346 xəstə sağalıb.

Xəbər lenti