Naxçıvana gediş-gəlişlə bağlı rəsmi açıqlama
“Naxçıvan Ermənistan tərəfindən blokadadır”.
Sabah.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. H.Hacıyev bildirib ki, Bakıda olan Naxçıvan sakinləri üçün uçuşlar bərpa olunub, sərnişinlər pulsuz testdən keçirilir:
“İlkin mərhələdə vətəndaşların sayında artım var idi və reyslərin də sayı artırıldı. Əvvəllər İranla sərhəd açıq idi və avtobusla da Naxçıvana gediş-gəliş təmin olunurdu. Təyyarə ilə bunu tam həyata keçirmək mümkün deyil. Reyslərin intensivliyi də müraciətlərə uyğun həyata keçirilir”.
Daha çox