Almazbek Atambayev xəstəxanaya yerləşdirildi

XƏBƏR
10:51
30 İyun 2020
97

Qırğız Respublikasının sabiq Prezidenti Almazbek Atambayev ikitərəfli pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Qırğız Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin Mətbuat xidməti yayıb.

A.Atambayev iyunun 29-da özünü pis hiss etdiyini deyib. Bundan sonra o, koronavirus testindən keçib. Testin nəticəsi mənfi çıxıb. Həkimlərin onlayn-məsləhətləşməsi nəticəsində ona ikitərəfli pnevmoniya diaqnozu qoyulub. Bununla əlaqədar keçmiş prezidentin islah müəssisəsindən çıxarılaraq stasionar tibb məntəqəsinə yerləşdirilməsinə dair qərar qəbul olunub.

Xatırladaq ki, iyunun 23-də Bişkekin Pervomay Rayon Məhkəməsi Almazbek Atambayevi əmlakı müsadirə edilməklə 11 il 2 ay müddətinə azadlıqdan məhrum edib. O, kriminal avtoritet Əziz Batukaevin qanunsuz olaraq sərbəst buraxılmasında və korrupsiya əməllərində təqsirləndirilir.

Eks-Prezident dəfələrlə ona qarşı irəli sürülən bütün iddiaların siyasi xarakter daşıdığını bildirib.

Xəbər lenti