Pyaniç rəsmən “Barselona”da

İDMAN
00:25
30 İyun 2020
479

İspaniyanın "Barselona" klubu "Yuventus"un (İtaliya) futbolçusu Miralem Pyaniçi transfer edib.

Sabah.az xəbər verir ki, bu barədə LA Liqa təmsilçisinin saytı məlumat yayıb. "Barselona"nın bu transfer üçün 60 milyon avro və əlavə 5 milyon avro ödəyəcəyi bildirilib. 30 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanacağı bildirilib. Onun yeni qiymətinin 400 milyon avro təşkil edəcəyi vurğulanıb.

Qeyd edək ki, "Barselona" bundan əvvəl futbolçusu Arturu "Yuventus"a satdığını açıqlamışdı.

Xəbər lenti