Azərbaycanın sürücülük vəsiqələri Türkiyədə tanınacaq - Təsdiqləndi+Video

ÖLKƏ
23:46
29 İyun 2020
432

Azərbaycan və Türkiyə arasında sürücülük vəsiqələrinin qarşılıqlı şəkildə tanınması tam olaraq reallaşıb.

Sabah.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, bununla bağlı Türkiyə höküməti "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi" haqqında Sazişi təsdiqləyib.

Ekspert Ərşad Hüseynov deyib ki, saziş hər iki ölkə vətəndaşlarının işini xeyli asanlaşdıracaq. Yəni sürücülər vətəndaşlıq mənsubiyyətindən asılı olmayaraq, hər iki ölkədə sürücülük vəsiqələrini qeyd-şərtsiz dəyişdirə biləcəklər. Bundan sonra sürücüyə həmin ölkənin milli vəsiqəsi təqdim edilir.

Ekspertin sözlərinə görə, Azərbaycanla Türkiyə arasındakı münasibətlərin bütün sahələrdə yüksək səviyyədə olduğunu nəzərə alsaq, belə bir qərarın verilməsi zəruri idi. Çünkü hər iki ölkə arasında gediş-gəliş olduqca intensivdir. Əvvəlki qayda isə bəzi hallarda müəyyən problemlərə səbəb olurdu.

Qeyd edək ki, Azərbaycan tərəfi sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Sazişi 2016-cı il mayın 6-da təsdiqləyib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Xəbər lenti