Reanimasiyada olan koronaviruslu xəstələrin sayı açıqlandı

GÜNDƏM
22:31
29 İyun 2020
116

Bu gün Azərbaycanda koronavirusla bağlı daha 6 558 test edilib.

Sabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) iyunun 29-na açıqladığı statistikada qeyd olunub.

Bildirilib ki, indiyə kimi ölkədə 475 525 test edilib və 16 968 nəfərdə koronavirus aşkarlanıb. Həmin xəstələrdən 9 369 nəfəri sağalıb, 206-sı dünyasını dəyişib. Xəstələrdən 213 nəfəri reanimasiyadadır ki, onlardan da 36-sı süni tənəffüs cihazına qoşulub.

Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 544 yeni yoluxma faktı qeydə alınıb, 8 nəfər vəfat edib, 343 xəstə sağalıb.

Xəbər lenti