Buffon və Kyellini ilə bağlı qərar verildi

İDMAN
20:35
29 İyun 2020
432

İtaliyanın "Yuventus" klubu qapıçısı Canluici Buffon və müdafiəçisi Corco Kyellini ilə yeni müqavilə imzalayıb.

Sabah.az klubun saytına istinadən xəbər verir ki, onlarla iyunun 30-u başa çatacaq müqavilənin müddəti 2021-ci ilin iyununa kimi uzadılıb.

Qeyd edək ki, Buffon bu mövsüm İtaliya A seriyasında 7, Kyellini isə 3 matçda oynayıb.

Xəbər lenti