İlham Əliyev Türkmənistan Prezidentinə zəng etdi

ÖLKƏ
18:50
29 İyun 2020
56

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 29-da Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova telefonla zəng edib.

Sabah.az xəbər verir ki, dövlət başçısı Qurbanqulu Berdiməhəmmədovu ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və Türkmənistanın firavanlığı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Türkmənistan Prezidenti göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycanla Türkmənistan arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib, əməkdaşlığımızın uğurla davam etdiriləcəyinə əminlik bildirilib.

Xəbər lenti

17:58 13 İyul 2020
13:30 11 İyul 2020
10:03 11 İyul 2020
18:53 10 İyul 2020