“Real”a transfer oldu, hönkür-hönkür ağladı - Video

İDMAN
13:57
19 Fevral 2020
97

“Real”ın yeni transferi Reynierin mətbuat konfransı zamanı həssas anlar yaşanıb.

Sabah.az xəbər verir ki, “Flamenqo”dan 30 milyon avroya transfer edilən Braziliya futbolunun 18 yaşlı parlayan ulduzu tədbirdə göz yaşlarını saxlaya bilməyib.

“Mən ailəm barədə danışanda hisslərimə hakim ola bilmirəm. Bu gün burada olduğum üçün onlara minnətdaram. Braziliyada mənə əllərindən gələn ən yaxşı şeyləri etdilər. Rio-de-Janeyrodan çıxıb xəyallarımın ardınca getməyim üçün məni ruhlandırdılar, cəsarət verdilər” – deyə o bildirib.

Qeyd edək ki, Reynier bu mövsümü “Real”ın ikinci komandası olan “Kastilya”da keçirəcək.

Xəbər lenti