Dünən rayona getmək istəyən 300 sürücü geri qaytarılıb

ÖLKƏ
10:59
29 İyun 2020
98

Sərt karantin tətbiq edilən şəhərlərdə qaydaları pozanlar cərimələnib.

Sabah.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə iyunun 28-dən 29-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 940 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 205 nəfər həmin Məcəllənin 211.2-ci və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə 5 nəfər olmaqla ümumilikdə 2 150 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Gün ərzində xüsusi karantin rejimi sərtləşdirilmiş inzibati ərazilərin sərhədlərində yerləşən karantin postlarında aparılan yoxlamalar zamanı 450 nəqliyyat vasitəsi rayon, 300-ü isə paytaxt istiqamətinə olmaqla 750 avtomobil geri qaytarılıb.

Xəbər lenti