Rayonlarda yoluxma ilə bağlı statistika

GÜNDƏM
10:17
29 İyun 2020
188

TƏBİB-in təqdim etdiyi son statistikaya əsasən bölgələrdə koronavirusa yoluxma hallarında azalmalar, paytaxt Bakıda isə artım müşahidə olunur.

Sabah.az xəbər verir ki, bu dəfə də ən çox yoluxma halı Gəncə-Qazaxda (9,4%) müşahidə olunub. Bundan başqa, Aran bölgəsində 7,8%, Lənkəranda 6,1%, Quba-Xaçmazda 1,7%, Şəki-Zaqatalada 1,4%, Dağlıq Şirvanda 1,4%, Yuxarı Qarabağda 1,2%, Naxçıvanda isə 0,3% yoluxma faktı müəyyən olunub.

Ölkə üzrə Bakı və Abşeron yarımadasına nəzər saldıqda Abşeronda 15,8%, Bakıda isə 53,4% yoluxma halı var.

Qeyd edək ki, Azərbaycanda indiyə kimi 16 min 424 virusa yoluxma halı qeydə alınıb. Onlardan 9 026 nəfəri sağalıb, 198 nəfəri isə ölüb.

Xəbər lenti