Daha bir məhkəmə hakimi vəfat etdi

XƏBƏR
00:37
28 İyun 2020
173

Bakı Apellyasiya Məhkəməsinin hakimi Müseyib Hüseynov vəfat edib.

Sabah.az xəbər verir ki, bu barədə “Report”a vəkil Orxan Kəngərli məlumat verib. Onun sözlərinə görə, mərhum iyunun 28-də dəfn ediləcək.

M.Hüseynov ağır xəstəlikdən əziyyət çəkirmiş.

Qeyd edək ki, Hüseynov Müseyib Abbas oğlu 2000-2007-ci illərdə Ali Məhkəmənin hakimi, 2007-2011-ci illərdə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin sədri, 2011-2016-cı illərdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri vəzifəsində işləyib. 2016-cı ildən isə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının hakimi kimi fəaliyyət göstərirdi.

Xatırladaq ki, M.Hüseynov son 15 gündə Bakı Apellyasiya Məhkəməsinin dünyasını dəyişən 3-cü hakimidir. Hakim Əflatun Qasımov iyunun 13-də, hakim Namiq Məmmədov isə iyunun 26-da vəfat edib. Onların hər ikisi COVID-19-a yoluxubmuş.

Xəbər lenti

17:58 13 İyul 2020
13:30 11 İyul 2020
10:03 11 İyul 2020
18:53 10 İyul 2020