TƏBİB reanimasiyada olan koronaviruslu xəstələrin sayını açıqladı

GÜNDƏM
22:20
27 İyun 2020
200

Bu gün Azərbaycanda koronavirusla bağlı daha 4 646 test edilib.

Sabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) iyunun 27-nə açıqladığı statistikada qeyd olunub.

Bildirilib ki, indiyə kimi ölkədə 461 861 test edilib və 15 890 nəfərdə koronavirus aşkarlanıb. Həmin xəstələrdən 8 719 nəfəri sağalıb, 193-ü dünyasını dəyişib. Xəstələrdən 180 nəfəri reanimasiyadadır ki, onlardan da 32-si süni tənəffüs cihazına qoşulub.

Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 521 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər vəfat edib, 355 xəstə sağalıb.

Xəbər lenti