Nazirdən Bakı Şəhər Baş Polis İdarəsinə təyinat

ÖLKƏ
21:09
27 İyun 2020
1041

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Sabah.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Vüqar Ələkbərov Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) yeni rəis müavini təyin edilib.

Qeyd edək ki, V.Ələkbərov sonuncu təyinatına qədər BŞBPİ-nin Təşkilati-İnspektor İdarəsinin rəisi olub.

Xəbər lenti