Testi neqativ olan bu şəxslərin də yoluxdurma təhlükəsi var
20:25
27 İyun 2020
172"Test nəticəsi neqativ olan, amma ağciyərlərdə buzlu şüşə effekti yaranan şəxslərin yoluxdurma ehtimalı var".
Sabah.az xəbər verir ki, bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev "Real TV"yə açıqlamasında deyib.
O bildirib ki, həmin şəxslər də Covid-19 xəstələri kimi ətrafdakılar üçün təhlükəli hesab olunur və onlar ev şəraitində izolyasiya oluna bilməz:
“Buzlu şüşə sindromu varsa, onlar mütləq xəstəxana şəraitində müşahidə altında olmalıdırlar. Ev şəraitində izolyasiya olunanlar yüngül, buzlu şüşə simptomu olmayan xəstələrdir”.
Daha çox