Dünya çempionu koronavirusa yoluxdu
Argentina millisinin sabiq baş məşqçisi Karlos Bilardo koronavirusa yoluxub.
Sabah.az xarici KİV-lərə istinadən xəbər verir ki, 82 yaşlı mütəxəssis bu xəstəliyə uzun müddətdir müalicə olunduğu qocalar evində yaxalanıb. O, hazırda təcrid edilib.
Qeyd edək ki, Bilardo 1983-cü ildən 90-cı ilə kimi milliyə başçılıq edib. Onun rəhbərliyi altında Argentina 1986-ci ildə dünya çempionu, 90-cı ildə isə dünya ikincisi olub.
Daha çox