Qaxda 3 uşaq anası intihar etdi

XƏBƏR
10:17
27 İyun 2020
239

Qaxda üç uşaq anası intihar edib.

Sabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, intihar hadisəsi  ötən gecə rayonun Qaratala kəndində baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü Fatma İbadullah qızı Abbasova özünü asaraq intihar edib. Meyit asılmış vəziyyətdə yaşadığı ünvanda yaxınları tərəfindən aşkar edilib. F.Abbasovanın intihar etməsinin səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, F.Abbasova 3 uşaq anası idi.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti