Levandovski mövsümün ən yaxşısı seçildi

İDMAN
00:44
27 İyun 2020
157

Almaniya Bundesliqasında bu mövsümün ən yaxşı futbolçusu müəyyənləşib.

Sabah.az Bundesliqanın saytına istinadən xəbər verir ki, "Bavariya"nın oyunçusu Robert Levandovski ölkə çempionatında 2019/2020 mövsümünün ən yaxşısı seçilib.

Hücumçu bu mükafat uğrunda mübarizədə Serj Qnabri ("Bavariya"), Ceydon Sanço, Erlinq Holand (hər ikisi "Borussiya" Dortmund), Timo Verner ("Leyptsiq") və Kay Havertzdən ("Bayer") üstün olub.

Qeyd edək ki, Levandovski bu mövsüm Bunsdesliqada 30 matçda 33 qol vurub.

Xəbər lenti