AZAL-dan bilet qiymətləri ilə bağlı açıqlama

XƏBƏR
22:57
26 İyun 2020
159

"Azərbaycan Hava Yolları" QSC (AZAL) İstanbul-Bakı reysinə biletlərin baha qiymətə satılması ilə bağlı sosial şəbəkələrdə və bəzi KİV-də yayılan fotoya münasibət bildirib.

Sabah.az xəbər verir ki, qurumun mətbuat xidmətindən verilən məlumata görə, İstanbul-Bakı istiqamətində AZAL aviaşirkətinin ekonom sinif üzrə biletin qiyməti 374 manat təşkil edir.

Bildirilib ki, bundan əlavə xaricdə təhsil alan Azərbaycanlı tələbələr üçün Bakı-İstanbul və İstanbul-Bakı reyslərində AZAL aviabiletlərə 30% endirim təqdim edir.

"AZAL sərnişinlərinə bilet alarkən aviaşirkətin rəsmi saytından istifadə etməyi, biletlərin qiyməti ilə bağlı təxribatlara və qeyri-dəqiq məlumatlara uymamağı tövsiyə edir. Bəzi hallarda, biznes-sinif biletlərinin qiyməti bilərəkdən ekonom sinif biletinin qiyməti kimi göstərilib.

Yuxarıda göstərilənləri nəzərə alaraq, aviaşirkət, təxribatçı hərəkətləri, yəni bilərəkdən qeyri-dəqiq sosial əhəmiyyət daşıyan məlumatların yayılmasını araşdırmaq üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlayır", - deyə məlumatda qeyd olunur.

Xəbər lenti