Koronavirusdan sağalanlar danışdı - Video
Bir müddət əvvəl koronavirus diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya gətirilən və həkimlərin müdaxiləsi ilə yenidən sağlamlıqlarına qovuşan bəzi vətəndaşlarımızın görüntüləri yayılıb.
Sabah.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, Onlardan bəziləri özləri də yoluxana qədər belə bir virusun mövcudluğuna inanmırdılar. 44 yaşlı Rəşad İsrafilov kimi.
Evinə buraxılan Hikmət Aslanov da indiki sağlam durumuna görə həkimlərə minnətdar olduğunu deyir. Onun xəstəxanaya gətirildiyi vəziyyətindən indi əsər-əlamət qalmayıb. H.Aslanov könüllü donor olacağını da bildirir. Əgər onun qanı başqa bir koronaviruslu xəstənin sağalmasına kömək edəcəksə, təcrid müddəti qurtaran kimi mütləq gedib könüllü qan verəcək.
Artıq sağalıb evlərinə buraxılan vətəndaşlar minimum 28 gün ərzində sosial izolyasiya qayadalarına əməl etməlidirlər. Həkimlərin dediklərinə görə, bu həm də yeni yoluxmaların qarşısını almaq üçün vacibdir.
Ətraflı videomaterialı təqdim edirik:
Daha çox