Azərbaycanda hakim koronavirusdan vəfat etdi

ÖLKƏ
16:27
26 İyun 2020
287

Bakı Apelyasiya Məhkəməsinin hakimi Namiq Məmmədov koronavirusdan dünyasını dəyişib.

Sabah.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Fazil Mustafa məlumat yayıb.

Onun sözlərinə görə, 55 yaşlı hakim bu gün müalicə aldığı Astara Mərkəzi Xəstəxanasında koronavirusdan vəfat edib.

Qeyd edək ki, N.Məmmədov 2017-ci ildən Bakı Apelyasiya Məhkəməsinin hakimidir.

Allah rəhmət eləsin!

Xəbər lenti