Qonşu ölkələrin statistikası - Gürcüstanda 2, Ermənistanda 759 yoluxma
Rusiyada son sutka ərzində koronavirusa yoluxanların sayı daha 6 min 800 nəfər artıb.
Sabah.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat verib.
Ən çox yoluxma ölkənin paytaxtı Moskvada qeydə alınıb - 813 nəfər.
Son 24 saatda pandemiyadan ölənlərin sayı daha 176 nəfər artıb.
Qeyd edək ki, Rusiyada pandemiyaya yoluxanların ümumi sayı 620 min 794 nəfər, virusdan sağalanların sayı 384 min 152 nəfər, ölənlərin sayı isə 8 981 nəfərdir.
Gürcüstanda koronavirusa yoluxanların sayı 2 nəfər artaraq 919-a çatıb.
Bu barədə məlumat Gürcüstan hökumətinin koronavirusla əlaqədar yaratdığı stopcov.ge saytında yer alıb.
Ümumilikdə ölkədə virusdan ölənlərin sayı 14 nəfərdir.
Qeyd edək ki, hazırda karantində olanların sayı 2 687 nəfər, stasionar nəzarətdə olanların sayı 260 nəfərdir.
Ermənistanda koronavirusa yoluxanların sayı 23 min 247 nəfərə çatıb.
Bu barədə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib.
Məlumata görə, ölkədə son sutka ərzində daha 759 nəfərdə pandemiyaya yoluxma faktı aşkarlanıb. Həmçinin 13 nəfərin ölümü qeydə alınıb.
Qeyd edək ki, indiyədək Ermənistanda koronovirusdan ölənlərin sayı 113 nəfərdir.
Daha çox