“Liverpul” 30 ildən sonra çempion oldu
İngiltərə Premyer Liqasında 31-ci tura yekun vurulub.
Sabah.az xəbər verir ki, sözügedən turun son oyunun nəticəsindən sonra ölkə çempionatında bu mövsümün qalibi müəyyənləşib.
Belə ki, "Mançester Siti" səfərdə "Çelsi"yə uduzub - 1:2. Bu nəticədən sonra lider "Liverpul" ən yaxın izləyicisi "Mançester Siti" ilə xal fərqini 23-də saxlayıb və yarışın bitməsinə 7 tur qalmış çempionluğu rəsmiləşdirib və tarixində 19-cu dəfə ölkə çempionu olub.
"Liverpul" sonuncu dəfə 1989/1990 mövsümündə çempionatın qalibi adına yiyələnmişdi.
Digər görüşlərdə "Arsenal" səfərdə "Sauthempton"a qalib gəlib - 2:0. "Bernli" isə doğma meydanda "Uotford"dan üstün olub - 1:0
Qeyd edək ki, birinci yeri təmin edən "Liverpul"un 86-ı xalı var. "Mançester Siti" 63 xalla 2-ci, "Lester" 55 xalla 3-cü, "Çelsi" 54 xalla 4-cüdür.
Daha çox