Xəstəxanada ölən adamın cibindən oğurluq olub
Bakıda 3 saylı şəhər klinik xəstəxanasında ölən şəxsin cibindən oğurluq edilib.
Sabah.az BakuPost-a istinadən xəbər verir ki, şəkəri qalxdığı üçün dünyasını dəyişən, 1956-cı il təvəllüdlü Vaqif Ağayevin cibindən 560 manat pul götürülüb.
Mərhum ailəsi polisə şikayət edib.
Faktla bağlı araşdırma aparılır.
Daha çox