DTX-nin tutduğu müdirin yerinə təyinat

ÖLKƏ
23:54
25 İyun 2020
206

Neftçala Rayon Təhsil Şöbəsinə yeni müdir təyinatı olub.

Sabah.az “Report”a istinadən xəbər verir ki, müvafiq əmrə əsasən Vüqar Dadaşov Neftçala Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bundan əvvəl Neftçala Rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov olub. O, bu ilin fevral ayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Neftçala rayonunda keçirdiyi əməliyyat zamanı rüşvət alma və rüşvət vermə ilə bağlı faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılıb.

Xəbər lenti