TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı
Bu gün Azərbaycanda koronavirusla bağlı daha 7 274 test edilib.
Sabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) iyunun 25-nə açıqladığı statistikada qeyd olunub.
Bildirilib ki, indiyə kimi ölkədə 449 235 test edilib və 14 852 nəfərdə koronavirus aşkarlanıb. Həmin xəstələrdən 8 059 nəfəri sağalıb, 180-i dünyasını dəyişib.
Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 547 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər vəfat edib, 291 xəstə sağalıb.
Daha çox