İcazə verilən işçi sayına məhdudiyyət qoyulur

ÖLKƏ
18:40
25 İyun 2020
50

Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır.

Sabah.az xəbər verir ki, bu, Baş Nazir Əli Əsədovun imzaladığı qərarda qeyd olunub.

Qərara əsasən, iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı isə əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmamalıdır.

Xəbər lenti