TƏBİB özəl laboratoriyalarla bağlı məsələyə aydınlıq gətirdi

XƏBƏR
18:10
25 İyun 2020
39

“Ölkə olaraq özəl laboratoriyaların imkanlarından istifadə edirik. Onlar bizimlə 4 aydır əməkdaşlıq edir. Biz təklif etdik və kim bu işin altına girməyə hazır olduğunu açıqladısa, işlər onlara həvalə olundu”.

Sabah.az “Report”a istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O qeyd edib ki, hansı laboratoriyalarda test götürmək şəraiti varsa, onlar bu işə cəlb edilib.

Xəbər lenti