Baş prokuror 10 rayona yeni prokurorlar təyin etdi - Adlar

GÜNDƏM
15:42
25 İyun 2020
276

Azərbaycan Respublikasının prokurorluq orqanlarında kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər həyata keçirilir.

Sabah.az xəbər verir ki, Baş Prokurorluqdanverilən məlumata görə, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə Anar Cəfərov Ağstafa, Vasif Süleymanov Ağdam, Vahid Məmmədov Cəlilabad, İlkin Mustafayev Laçın rayonunun prokuroru vəzifələrinə, İsmayıl Qayıbov Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəis müavini, Qabil Qasımov isə Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət idarəsinin rəis müavini vəzifələrinə təyin edilmişlər.

Bundan başqa, Baş prokurorun imzaladığı əmrlərlə Rəşad Bəşirova Qax, Vəli Mustafayevə Masallı, Adil Vəliyevə Saatlı, Rasim Musayevə Zaqatala, Əli Əliyevə Astara, Nəsif Nəcəfova isə Neftçala rayonunun prokuroru vəzifələrinin icrası həvalə edilmişdir.

Kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə formalaşdırılması istiqamətində islahatlar davam etdirilir.

Xəbər lenti