Ramiz Mehdiyev işçiləri ilə bağlı sərəncam verdi

ÖLKƏ
10:49
25 İyun 2020
164

Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı AMEA-nın iş rejimində məhdudiyyətlər tətbiq edilib.

Sabah.az xəbər verir ki, Nazirlər Kabinetinin karantinlə bağlı son qərarı nəzərə alınaraq, AMEA prezidenti, akademik Ramiz Mehdiyev 22 iyun 2020-ci il tarixində “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının iş rejimində məhdudiyyətlərin tətbiq edilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, AMEA-nın elmi müəssisə, təşkilat və xidmətlərində karantin rejimi müddətində işçilərin onların ümumi sayının 20 faizindən çox olmamaq şərti ilə həftələr üzrə qrafik müəyyən edilməklə növbəlilik qaydasında işə cəlb edilməsinə icazə verilir.

Sənəddə, həmçinin iş rejiminin saat 10:00-dan 19:00-dək müəyyən olunması və yaşı 65-dən yuxarı olan işçilərin işə cəlb edilməsinə yol verilməməsi qeyd olunub.

Sərəncamda işə cəlb edilmiş işçilərin “COVID-19” infeksiyası ilə bağlı sanitar-epidemioloji qaydalara və karantin şəraitinin tələblərinə ciddi riayət etmələrinin təmin edilməsi, eləcə də yay mövsümü üzrə əmək məzuniyyəti qrafikinə uyğun olaraq işçilərə əmək məzuniyyətinin verilməsinin həyata keçirilməsi də əksini tapıb.

Xəbər lenti