Bakıdakı uşaq sığınacağına hücum - Video

XƏBƏR
21:35
24 İyun 2020
150

Bakıda evdən qaçan 17 yaşlı qızın analığı və onun qızı uşaq sığnacağına basqın ediblər.

Sabah.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu 6-cı mikrarayon ərazisində baş verib. Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin sözlərinə görə, gecə saatlarında Birliyin nəzdindəki Uşaq Sığınacağı-Reabilitasiya Mərkəzinə hücum edilib. Onun sözlərinə görə, bir ay əvvəl 10-cu polis bölməsi əməkdaşları Qaradağ rayonu Lökbatan qəsəbəsindən 17 yaşlı bir qızı sığnacağına gətiriblər. K.Ağazadə iddia edir ki, qız ailəsi tərəfindən şiddət gördüyü üçün evdən qaçıb. Bir ay o sığnacaqda qaldıqdan sonra ona analıq edən bibisi və onun qızı rəsmi icazələri olmadan qızı sığnacaqdan aparmağa cəhd ediblər.

Hər iki şəxs onları təhqir edib, ətrafa səs saldıqları üçün Kəmalə Ağazadə ''102-xidməti''nə məlumat verib. Qısa zamanda əraziyə gələn polis əməkdaşları onları sığınacağın ətrafından uzaqlaşdırıblar. Uşaqlar Birliyinin sədri həmin şəxslərin sığınacağa yerləşdirildikdən bir ay sonra qızı görmək istəmələrinin səbəbinə də aydınlıq gətirib. Deyib ki, onların uşağı görmək istəmələrinə səbəb darıxmaları və ya qızın vəziyyətinin necə olması deyil. Səbəb odur ki, uşaq bizə gətiriləndə çox baxımsız, pis vəziyyətdə idi.

Qeyd edək ki, 17 yaşlı qız analığı və bacısı ilə nəinki getmək heç onlarla görüşmək də istəmir. O, sığnacaqda qalmaqla özünü təhlükəsiz hiss edir. Artıq məsələyə Daxili İşlər Nazirliyinin Baş İctmai Təhlükəsizlik İdarəsi, Binəqədi rayon Polis İdarəsi və 7-ci polis bölməsi də qarşıb, təhqiqat araşdırmaları aparılır.

Xəbər lenti