Azərbaycanda koronavirusa yoluxanların sayı 14 mini ötdü
Azərbaycanda indiyədək koronavirus infeksiyasına yoluxanların sayı 14 min nəfəri keçib.
Sabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan yayılan məlumatda qeyd olunub.
Bildirilib ki, indiyədək ölkədə ümumilikdə 14 305 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7 768 nəfər müalicə olunaraq sağalıb, 174 nəfər vəfat edib, 6 363 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Daha çox