39 Azərbaycan vətəndaşı İrandan təxliyə olundu

ÖLKƏ
18:15
24 İyun 2020
84

Bu gün İran-Azərbaycan sərhəddinin Astara sərhəd buraxılış məntəqəsindən 39 Azərbaycan vətəndaşı təxliyə olunub.

Sabah.az xəbər verir ki, bunu “Trend”in sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

O qeyd edib ki, 39 Azərbaycan vətəndaşı artıq Vətənə qaytarılıb.

Qeyd edək ki, İranın şimalında yerləşən Gilan vilayətinin Astara rayonu sərhəd buraxılış məntəqəsinin direktoru Mənsur Babayi deyib ki, İranda tələbə olan Azərbaycan vətəndaşları Azərbaycanın İrandakı səfirliyinin təşəbbüsü və iki ölkə rəsmilərinin koordinasiyası ilə bu gün öz ölkəsinə qayıdıb. Babayi əlavə edib ki, İranın Astara sərhəd buraxılış məntəqəsində azərbaycanlı tələbələrin bədən temperaturu ölçülüb.

Xəbər lenti