Prezidentlə xanımı Gəncədə səfərdədir - Yenilənib

ÖLKƏ
16:20
24 İyun 2020
113

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncədə “NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və qranit istehsalı zavodunun açılışında iştirak ediblər.

Sabah.az xəbər verir ki, dövlət başçısına və birinci xanıma müəssisənin fəaliyyəti barədə məlumat verilib.

İlham Əliyev zavodu işə salıb.

***

İlham Əliyev və Mehriban Əliyeva Gəncə şəhəri ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən yaşayış kompleksinin tikintisi ilə tanış olublar, tikinti işlərinin gedişi barədə məlumat verilib.

***

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksinin bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak ediblər. Dövlət başçısına və birinci xanıma kompleksdə yaradılan şərait barədə məlumat verilib.

***

İlham Əliyev və Mehriban Əliyeva iyunun 24-də Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisi ilə tanış olublar, aparılan tikinti işləri barədə məlumat verilib.

 

Xəbər lenti