Qızdırması olan 2 şagird imtahana buraxılmadı

XƏBƏR
15:32
24 İyun 2020
72

Xəbər verdiyimiz kimi, bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən 9 şəhər və rayonda buraxılış (qəbul) imtahanları keçirilib.

Sabah.az DİM-ə istinadən xəbər verir ki, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İlkin məlumatlara əsasən, 2 şagirdin (abituriyentin) bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

Xəbər lenti