Həcc ziyarətinə getmək üçün ödəniş edənlərin nəzərinə - Video

ÖLKƏ
01:34
24 İyun 2020
111

Səudiyyə Ərəbistanı bu il Həcc ziyarətinə xaricdən ziyarətçi qəbul etməyəcək.

Sabah.az xəbər verir ki, bununla bağlı krallığın Həcc Nazirliyi rəsmi məlumat yayıb. Qərara əsasən, yalnız ölkə daxilindən gələnlər üçün Həcc ziyarəti açıq olacaq.

Krallığın bu qərarından sonra azərbaycandan bu il təşkil olunacaq Həcc ziyarəti də təxirə salınıb. Bunu Qafqaz Müsəlmanları İdarəsinin Həcc məsələləri üzrə məsul şəxsi Həmdulla Babayev ''Xəzər Xəbər''ə açıqlamasında deyib. Azərbaycan həcc misiyasının üzvü bu il Həcc ziyarətinə getmək üçün indiyədək sənəd verənlərlə bağlı məsələyə də aydınlıq gətirilib.

Həmdulla Babayev həmçinin qeyd etdi ki, növbəti il Həcc ziyarətinə getmək istəyənlər ödənişlərini geri almaya bilərlər. Bu onlara bir sıra üstünlük verəcək.

Xatırladaq ki, Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbuluna bu il yanvardan başlanıb. Bu il kvotanın sayı 1500, Həcc ziyarətinin qiyməti isə 4490 ABŞ dolları idi.

Xəbər lenti