İki klub Liqa 1-lə vidalaşdı - Məhkəmə qərarı

İDMAN
00:55
24 İyun 2020
126

Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan Fransa çempionatında son iki pilləni tutan “Amyen” və “Tuluza”nın elitanı tərk etməsi dəqiqləşib.
 
Sabah.az xəbər verir ki, mövsümün erkən başa çatdırıldığı açıqlanarkən bu iki klub qərarla razılaşmadığından məhkəməyə müraciət etmişdi.

Artıq bu məsələ ilə bağlı yekun qərar qəbul olunub. Məhkəmə klubların iddiasını təmin etməyib. Hər iki klub 2020/21 mövsümündə Liqa 2-də mübarizə aparacaq. Bu barədə Fransa Peşəkar Futbol liqasının rəsmi saytı məlumat yayıb. Bu isə o deməkdi ki, Liqa 1 yeni mövsümdə 22 yox, ənənəvi olaraq 20 klubun iştirakı ilə keçiriləcək. “Amyen”lə “Tuluza”nı elitada Liqa 2-nin son mövsümünün qalibi “Loryan” və ikinci pilləni tutan “Lans” əvəz edəcək.

Xəbər lenti