Ən çox hansı qurumların əməkdaşları koronavirusa yoluxub? - Video

GÜNDƏM
23:50
23 İyun 2020
172

Əhali ilə sıx təmasda olan bəzi qurumların əməkdaşları da koronavirusa yoluxub.

Sabah.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, ən çox yoluxma hallı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarında baş verib. Nazirliyin mətbuat katibi Fazil Talıbovun sözlərinə görə, 25 əməkdaşda bu virus aşkar edilib. Yoluxanlardan 3-ü dövlət Məşğulluq Xidmətinin işçisi, 6-sı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin işçisi, 16 nəfər isə Dövlət Sosial Müdafiə Fondunun işçisidir. O, xəstələrin vəziyyəti yaxşı olduğunu bildirib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat katibi Gülçin Mehdiyeva deyib ki, nazirliyin bir neçə əməkdaşında koronavirus aşkarlanıb. Onun sözlərinə görə, bütün qabaqlayıcı tədbirlər görülməsinə baxmayaraq, FHN-inin bir neçə əməkdaşında da COVID-19 testi pozitiv çıxıb. 

Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri arasında da koronavirusa yoluxma faktı olub. Özünü pis hiss edən həmin şəxslər dərhal xəstəxanalara aparılıb və onların testi pozitiv çıxdığından hazırda müalicələri davam edir.

''Azərsu'' Açıq Səhimdar Cəmiyyətinin də 20-dən çox əməkdaşı koronavirusa yoluxub. Qurumun tabeliyində olan idarələrdə COVID-19-a yoluxan şəxslər müəyyən olunub. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı faktı təsdiq edib. A.Cəbrayıllı deyib ki, vəziyyətə ciddi nəzarət olunur, mütəmadi dezinfeksiya işləri aparılır, səhər işə gələrkən işçilərin temperaturu ölçülür.

Qeyd edək ki, bütün dövlət və özəl müəssisələrin əməkdaşlarına tapşırılıb ki, hər kəs TƏBİB-in çağırışlarına ciddi əməl etməli, virusdan qorunma üçün tətbiq edilən izolyasiya və gigiyenik tədbirləri gündəlik həyat tərzinə çevirməlidirlər.

Xəbər lenti