“Keşlə” legioneri ilə müqaviləni uzatdı

İDMAN
23:26
23 İyun 2020
170

“Keşlə” daha bir futbolçusu ilə müqavilə yeniləyib.

Sabah.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Miyuşko Boyoviçlə sözləşməni uzadıb.

Monteneqrolu müdafiəçi ilə yeni 1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, “Keşlə”də daha öncə Azər Salahlı, Vüsal İsgəndərli, Tərlan Quliyev və Ruslan Əmircanovla da 1 illik müqavilə imzalamışdı. Bakı klubu “Neftçi”dən ayrılan Tural Axundovu da transfer edib. Əvəzində Ruslan Qurbanov, Cabir Əmirli və kapitan Slavik Alxasovla yollar ayrılıb.

Xəbər lenti