“Səsverməyə gəlməyən etiraz edəsi deyil” - Erkin Qədirli

ÖLKƏ
01:23
19 Fevral 2020
40

“Namizədlərin etirazları haqlıdır, burası öz yerində. Bununla belə, həqiqət odur ki, oğurlanan səslər namizədlərin deyil, seçicilərindir”.

Sabah.az xəbər verir ki, bu sözləri 16 saylı Yasamal ikinci seçki dairəsindən lider namizəd Erkin Qədirli "Facebook" səhifəsində yazıb. O bildirib ki, daha çox seçicinin səsverməyə gəlməsi uğrunda çalışmaq lazımdır:

“Səsverməyə gələn seçicilərin sayı çox azdır, onların səsi sayılır, onlar etiraz edəsi deyillər. Səsverməyə gəlməyən seçicilərin səsi oğurlanır, etiraz etməli olan da onlardır. Di gəl ki, səsverməyə gəlməyən etiraz edəsi deyil. Odur ki, bütün çətinliklərlə baxmayaraq, seçkiləri təşviq etmək, seçicilərlə işləmək, səsvermənin önəmini vurğulamaq, daha çox seçicinin səsverməyə gəlməsi uğrunda çalışmaq gərəkdir. Bu, strateji hədəfdir, əlçatan fürsətlərin hamısından istifadə olunmalıdır. Qarşıda çox seçki olacaq, indidən hazırlaşmalıyıq”.

Xəbər lenti